Diaspora Komitəsində daha bir istefa

18 Oktyabr 2012 12:11 (UTC+04:00)


Diaspora ilə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri, Əməkdar jurnalist Bəhruz Nəzərov istefa verib. O, "facebook" sosial şəbəkəsindəki statusunda "Dostlar, mən Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsindən öz xahişimlə azad olunmuşam. Hazırda bir neçə iş təklifi var ki, onları dəyərləndirirəm. Qısa fasilədən sonra yenidən əmək fəaliyyətinə başlayacağam" deyə yazıb.

Məlumat üçün bildirək ki, B.Nəzərov bundan əvvəl ATV İnternational-ın baş redaktoru olub. Uzun illər isə "Space"də çalışıb.


Elnur Əzimov
AzNews.az