Türkiyədə terror əməliyyatı – 251 nəfər saxlanıldı (FOTO + VİDEO)

24 İyul 2015 13:03 (UTC+04:00)

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, son günlərdə baş verən terror hadisələri fonunda Türkiyə tarixində ən böyük əməliyyatlardan biri keçirilib.

İstanbul, İzmir, Ankara və Bursa başda olmaqla Türkiyənin 13 bölgəsində həyata keçirilən əməliyyatda 20 minə yaxın polis iştirak edib. Baş Nazirliyin açıqladığı rəqəmlərə görə, 251 nəfər saxlanılıb.

İstanbulda aparılan əməliyyatlar zamanı polislə qarşıdurmaya girən bir qadın öldürülüb. Günay Özaslan adlı qadının "Devrimci Halk Kurtuluş Partisi-Cephesi" (DHKP/C) üzvü olduğu bildirilir.

Xatırladaq ki, iyulun 20-də Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda terror aktı törədilib. Son məlumatlara görə, partlayış nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb, 100-dən çox yaralı var. Xəstəxanaya yerləşdirilən yaralıların çoxlarının vəziyyəti ağırdır.




Aydan Axundova