Vasif Talıbov həkimlərin maaşını qaldırdı - Sərəncam

24 İyul 2015 13:27 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Psixi Xəstəliklər Dispanserində, Ağciyər Xəstəlikləri Dispanserində, Yoluxucu Xəstəliklər Mərkəzində və Onkoloji Mərkəzdə çalışan işçilərin vəzifə maaşları 10 faiz artırılıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Sərəncam 2015-ci il iyulun 1-dən qüvvəyə minir.