İŞİD: “Tükiyədən gələn ətlər haramdır” – FOTO

24 İyul 2015 13:37 (UTC+04:00)

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə təşkilatın internetdə türk dilində çıxan jurnalında məlumat yayımlanıb.

"Türkiyədən gələn ətlərin hökmü" başlıqlı yazı İŞİD-in tərkibindəki "araşdırma və fətva" qrupu tərəfindən yazılıb və yazıya belə aydınlıq gətirilib:

"Türkiyədən gətirilən ətlərin kəsimində şübhələr var. İlk şübhə əti kəsənin müsəlman olub-olmamasıdır. İkinci məsələ isə, bu işlə məşğul olanların çoxunun mürtət olmasıdır".

Qeyd edək ki, İŞİD sözügedən jurnalın ikinci sayını yayımlayır.