Azərbaycan ordusunda taktiki yerdəyişmə - VİDEO

24 İyul 2015 16:40 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Report-un redaksiyasına oxucular tərəfindən göndərilən videoda Silahlı Qüvvələrin tanklardan və digər zirehli maşınlardan ibarət hərbi texnika karvanının irəliləməsi görünür.

Videonun müəllifləri hərbi texnikanın cəbhəyanı rayonlar istiqamətində irəlilədiyini vurğulayıblar.

Müdafiə Nazirliyindən Report-un sorğusuna cavab olaraq bildirilib ki, videoda təqdim olunan görüntü Azərbaycan Silahlı Qüvvələrinin hərbi texnikasının adi taktiki yerdəyişməsidir, xüsusi dislokasiyadan söhbət getmir.