Müəllimlər İnstitutunun 3 filialı ləğv edildi - Fərman

24 İyul 2015 17:42 (UTC+04:00)

AzNews.az xəbər verir ki, fərmanla Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filialları ləğv edilib.

"Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" fərmandan "Mingəçevir (Mingəçevir Politexnik Texnikumunun və Azərbaycan Maliyyə-İqtisad Kollecinin Xocalı filialının bazasında)," və "Salyan (Salyan Kənd Təsərrüfatı Texnikumunun bazasında), Sumqayıt (Sumqayıt Politexnik Texnikumunun bazasında)" sözləri çıxarılıb.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.