“Altılığın” İranla bağlı görüşü noyabrda olacaq

18 Oktyabr 2012 17:25 (UTC+04:00)
İranın nüvə proqramı ilə bağlı "Altılığın" görüşü noyabr ayında baş tuta bilər. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabyakov verib.

O, bildirib ki, "Altılığın" görüşü tam tərkibdə baş tutacaq. Rusiyalı rəsmi görüşdə Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Ketrin Eştonun da iştirak edəcəyini deyib. Görüşün harada keçiriləcəyi məsələsinə gəldikdə Ryabyakov bildirib ki, görüş Moskvada keçirilməyəcək.

Sadiq Musa
AzNews.az