81 yaşlı kişi özünü asdı - Xaçmazda

24 İyul 2015 21:54 (UTC+04:00)

AzNews.az xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonu, Şimali kənd sakini 1934-cü il təvəllüdlü Neymət Neymətov yaşadığı evdə özünü asıb. Onun psixoloji problemlərinin olduğu bildirilir.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırma aparılır.