İran peyk yarışına çıxır

18 Oktyabr 2012 12:42 (UTC+04:00)
İran kosmik tədqiqatlar sahəsində yeni texnologiyalara sahibdir. AzNews.az-ın İran mətbuatına istinadən verdiyi xəbərə görə, bu fikirləri İranın Aerokosmik təşkilatının rəhbəri Fazeli deyib.

O, bildirib ki, İranın eyni anda, bir raketdən istifadə etməklə bir neçə peyki səmaya buraxacaq texnologiyası var. O, həmçinin əlavə edib ki, bəzi Asiya ölkələri peyklərin buraxılması üçün İranla danışıqlar aparır

Sadiq Musa
AzNews.az