Bəzi saytların girişinə məhdudiyyət qoyuldu - QƏRAR

25 İyul 2015 19:26 (UTC+04:00)

AzNews.az-ın Publika.az-a istinadən məlumatına görə, hava hücumları davam edərkən Türkiyədəki bəzi xəbər saytlarına giriş məhdudlaşıb.

Gecə saatlarda Fırat Xəbər Agentliyi, Diclə Xəbər Agentliyi, Havar Xəbər Agentliyi, Mərkəzi Ərbildə olan Kürd xəbər agentliyi, sendika.org kimi saytlara giriş məhdudlaşıb.

Türkiyədə bu saytlara daxil olmaq istəyənlər "məhkəmə qərarı ilə məhdudlaşdırılıb" sözlərini oxuyurlar.