Aparıcılar Nüşirəvan Məhərrəmlidən “3” aldı

18 Oktyabr 2012 12:56 (UTC+04:00)


"Əgər mən müəllim olsaydım, şou verilişlərinin aparıcılarına "3" qiymət verərdim". Bunu Milli Teleradio Şurasının sədri Nüşirəvan Məhərrəmli deyib.

Şura sədrinin sözlərinə görə, bu sahədə vəziyyət narahatlıq yaradır: "Biz Azərbaycan ədəbi dilinin qorunmasına görə çirklənmişik. Özümüzü silkələsək kirlərdən təmizlənəcəyik".

Şou verilişlərinin tanınmış müğənnilərə həvalə olunmasına gəlincə isə, N.Məhərrəmli "Şou verilişlərinin tanınmış müğənnilərə həvalə etməmək də olar. Bu verilişləri hər hansı bir jurnalist də apara bilər" deyə vurğulayıb.

Bahar Rüsətmli
AzNews.az