İstanbulda silahlı insident - 4 yaralı

25 İyul 2015 20:52 (UTC+04:00)

AzNews.az xəbər verir ki, APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Okmeydan rayonunda naməlum şəxslər polis əməkdaşlarına silahlı hücum ediblər.

Nəticədə 3 asayiş keşikçisi və 1 mülki şəxs yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan 2-nin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hazırda cinayətkarların yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.