Türkiyə hərbi hava zərbələri endirdi - PKK rəhbəri öldürüldü

26 İyul 2015 11:36 (UTC+04:00)

AzNews.az xəbər verir ki, APA-nın "Milliyet"ə istinadən verdiyi məlumata görə, ölən şəxsin "Şervan Varto" kod adlı Öndər Arslan olduğu açıqlanıb.

Hava əməliyyatı nəticəsində daha üç PKK terrorçusunun yaralandığı bildirilir.

PKK-nın hərbi qolu olan HPG-nin yüksək vəzifəlilərindən olan Öndər Arslan Türkiyə sərhədinin 10 km-liyində yerləşən Zap və Gare arasındakı Sergele bölgəsinə endirilən zərbələr nəticəsində məhv edilib.

Ö. Arslan PKK-ya 1993-cü ildə qoşulub