İri qazma qurğusunun modernləşdirilməsi başa çatır

26 İyul 2015 19:58 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə deyib.

Mənbənin sözlərinə görə, platformanın təmirinə apreldə başlanılıb, əsas böyük həcmli işlər artıq yekunlaşıb: "Platformada demək olar bütün zəruri avadanlıqlar quraşdırılıb: transformatorlar, generatorlar, temperatura nəzarət sistemi. Platforma ümumən hazırdır, qalan işlər isə müxtəlif sistemlərdə texniki xətaların aradan qaldırılması ilə bağlıdır. "Dədə Qorqud" avqustda işini bərpa etmək üçün tam hazır olacaq".