Türkiyə Suriya ordusunu vurdu
26 İyul 2015 20:44 (UTC+04:00)
AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, Türkiyənin Yayladağı sərhəd məntəqəsinə Suriyanın Lazkiye çölündə Əsəd rejiminin nəzarətində olan bölgədən yüngül silahlarla 30 dəfədən çox atəş açılıb.
Türkiyə sərhəd qoşunları atəşin açıldığı bölgəyə cavab atəşi açıblar, düşməni susdurublar. Hadisədə ölən və ya yaralanan olmayıb. Bölgədə Bəşər Əsədə bağlı qüvvələrlə müxalifətçi qruplar arasında qarşıdurma davam edir.
Dünən Türkiyə Silahlı Qüvvələri İŞİD terrorçularının və Şimali İraqda PKK terrorçularının mövqelərini bombardman edib.
Türkiyə hərbi qüvvələrinin hücumu zamanı PKK-nın rəhbər şəxslərindən biri Öndər Aslan (Şervan Varto) öldürülüb.