Ərdoğan Putinə terrorizmə qarşı birləşməyi təklif etdi
26 İyul 2015 23:25 (UTC+04:00)
AzNews.az-ın Publika.az-a istinadən məlumatına görə, telefon danışığında terrorizmlə mübarizə məsələsi müzakirə olunub. Ərdoğa terrorizmlə mübarizədə qüvvələrin birləşdirilməsini təklif edib.
Xatırladaq ki, bu, Türkiyənin Suriya və İraqın şimalında İŞİD və PKK terror təşkilatlarına qarşı start verdiyi anti-terro əməliyyatlarından sonra Putinlə Ərdoğan arasında ilk danışıqdır.