Polis məntəqəsinə silahlı hücum – 8 ölü, 6 yaralı

27 İyul 2015 12:29 (UTC+04:00)

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, hərbi formada olan 4 nəfər naməlum şəxs əvvəlcə avtobusa atəş açıb və avtomobil oğurlayıblar. Daha sonra onlar polis məntəqəsinə hücum ediblər.

Məlumata görə, vəfat edənlər arasında 6 nəfər mülki vətəndaş, 2 nəfər isə polis əməkdaşıdır. Daha altı nəfər isə yaralanıb.

Bundan əlavə, yaxınlıqdakı dəmir yollarında beş ədəd partlayıcı qurğu aşkarlanıb.

Bu hadisədən sonra Hindistanın daxili işlər naziri Racnatx Sinqx Pakistanla sərhəddə mühafizəni gücləndirmək əmri verib.

Aydan Axundova