Azərbaycan Avropa qatarları istehsal edəcək

27 İyul 2015 13:33 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə oxu.az-a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, hazırda layihə üzərində işlər gedir:

"Yaxın gələcəkdə yataq tipli qatarlar istehsal edən zavodun tikintisinə başlayacağıq" - deyə, N.Əzməmmədov bildirib.

Mətbuat xidmətinin rəhbəri onu da əlavə edib ki, yaxın gələcəkdə bu qatarlar qonşu ölkələrə də satıla bilər:

"Başlanğıcda bu qatarlar respublikanın təminatını ödəyəcək, yaxın gələcəkdə isə digər qonşu ölkələrə belə qatarların satışını həyata keçirəcəyik".

Əzməmmədov zavodun tikintisi üçün kreditlərin cəlb edilməsini də istisna etmir:

"QSC rəhbərliyinin apardığı danışıqların yekununda biz zavodun tikintisi üçün lazım olan maliyyə qaynağının mənbəyini açıqlayacağıq" - deyə, o əlavə edib.