Ailə problemlərinə görə özünü dənizə atdı - Bulvarda

27 İyul 2015 20:48 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, Astara rayon sakini, 1961-ci il təvəllüdlü Əzizov Əbdül Taryel oğlu Dənizkənarı Milli Park ərazisində özünü dənizə atıb.

Hadisə şahidlərinin müraciətindən sonra olay yerinə FHN-in xilasediciləri cəlb edilib və 54 yaşlı kişi sudan çıxarılıb.

İlkin araşdırma nəticəsində məlum olub ki, Ə.Əzizov ailə problemləri səbəbindən həyatına qəsd edib.

Araşdırmalar davam etdirilir.