700 bal toplayan tələbələr hansı ixtisası seçəcək? - FOTO

28 İyul 2015 00:18 (UTC+04:00)

AzNews.az modern.az-a istinadən III qrup üzrə ən yüksək nəticə göstərən 3 abituriyenti sizə təqdim edir.

Novruzova Lalə III qrup üzrə maksimum nəticə göstərib. Cəbrayıl rayonun məcburi köçkün ailəsində dünyaya gələn Lalə Biləsuvar rayonunda onlar üçün salınan 9 saylı qəsəbədə qalır və burada məktəbə gedib. Orta məktəbini yüksək qiymətlərlə başa vuran Lalə iki il repetitor yanına hazırlığa gedib. Özünə güvəndiyini deyən Lalə imtahandan yüksək nəticə göstərəcəyinə əmin olduğunu vurğulayıb.

"Çünki sınalardan hər zaman yüksək nəticə göstərmişəm. İmtahan sualları isə hər oxuyan üçün asan görsənir. Mənim bəzi şübhələndiyim suallarım var idi, amma şükür ki onları da uğurla yazmışam. Qızıl və ya gümüş medala namizədliyimi verməmişəm, amma Respublika üzrə fənn olimpiyadasında iştirak etmişəm və Azərbaycan dili, ədəbiyyat üzrə ikinci yeri tutmuşam". Lalə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının hüquqşunaslıq fakultəsinə daxil olmaq arsuzunda olduğunu bildirib. "Bakalavr pilləsini ölkəmizdə, magistrı isə xaricdə oxumaq istəyirəm".

Abdulrəhimov Kamran yüksək nəticə göstərəcəyinə əmin olsa da 700 bal toplamağın şans olduğunu vurğulayıb. "Sınaq imtahanlarından maksimum 682 bal toplamışam. Kürdəmir rayonunda orta məktəbi 7-ci sinifə qədər oxumuşam, 7-10-cui sinifləti Ağdaş Türk Liseyində, son 11 –ci sinif isə Türkiyə Dəyanət Vakfı-Bakı Türk Liseyində oxumuşam. Keçən il Ağdaş Türk Liseyində, bu il isə Türkiyə Dəyanət Vakfı-Bakı Türk Liseyində hazırlaşmışam. Qızıl medala namizədliyimi vermişəm. İnşallah isə səbədlərimi Bakı Dövlət Universiteti Hüquq fakültəsinə vermək istəyirəm".

Əfəndiyeva Xəyalə Qəbələ rayon Vəndam kənd orta məktəbinin məzunudur. Iki il repetitor yanında hazırlaşan Xəyalə özünə güvənsə də 700 bal toplayacağına gözləmədiyini vurğulayıb. "11-ci sinifdə 2 "4" qiymətim oldu, qalanları isə "5"-dir. Eyni zamanda buraxılış imtahanlarımı da "5"lə vermişəm. Azərbaycan dili, ədəbiyyat fənn olimpiadasında region üzrə 3-cü yerə çıxmışam. Sənədlərimi Prezident yanında İdarəçilik Akademiyası Dövlətçilik Akademiyasında Hüquqşunaslıq fakültəsinə verəcəm. Hələki xaricdə oxumaq barədə fikirləşirəm".