Türkiyədə antiterror əməliyyatı - 1050 nəfər saxlanıldı

28 İyul 2015 09:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Türkiyə hökumətinin yaydığı bəyanatda bildirilir ki, artıq xüsusi əməliyyatlar çərçivəsində 1050 nəfər həbs edilib.

Qeyd edək ki, Türkiyə hökuməti, İŞİD-in Suruçda törətdiyi terror aktı və PKK-nın türk polis əməkdaşlarını qətlə yetirməsindən sonra genişmiqyaslı antiterror əməliyyatlarına start verib.

Vüsal QARAYEV
AzNews.az