Tələbə avtobusu dərəyə yuvarlandı

19 Oktyabr 2012 04:30 (UTC+04:00)
Çində tələbələrin olduğu avtobus ağır yol qəzası keçirib. İçərisində 46 tələbənin olduğu avtobus dərəyə yuvarlanıb. Nəticədə 4 nəfər həlak olub, onlarla tələbə yaralanıb.

Yol qəza hadisəsi Çinin Xunan əyalətində baş verib. 8 nəfərin vəziyyətinin ağır olduğu barədə məlumatlar var. Qəzaya sürücünün ehtiyatsızlığının səbəb olduğu bildirilir.

Avtobusun idarəsini itirən sürücü onun 30 metrlik dərəyə yuvarlanmasının qarşısını ala bilməyib. Bundan əvvəl də Çində 30-dan artıq şagirdin ölümü ilə nəticələnən avtobus qəzası baş vermişdi.

Elnarə Əlosmanqızı
AzNews.az