Balakəndə zəlzələ oldu

19 Oktyabr 2012 04:46 (UTC+04:00)
Azərbaycanın Balakən rayonu ilə Gürcüstan sərhədində zəlzələ baş verib. Trend-in cümə günü Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, yeraltı təkanlar 3,2 bal gücündə olub. Zəlzələ cümə axşamı gecə saat 23.49-da Zaqataladan 25 km qərbdə qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

AzNews.az