Atəşkəs yenə pozuldu

19 Oktyabr 2012 04:55 (UTC+04:00)
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Noyemberyan rayonunun Voskevan kəndində, Ağdam rayonunun işğal olunmuş Şıxlar və Füzuli rayonunun Aşağı Veysəlli kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az