Əvvəl arvadını, sonra özünü güllələdi - Sabirabadda

29 İyul 2015 13:10 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Ulacalı kəndində baş verib.

Belə ki, 1969-cu il təvəllüdlü Azad Alışov ov tüfəngi ilə həyat yoldaşı - 1983-cü il təvəllüdlü Sədaqət Alışovanı güllələyib. Daha sonra A.Alışov həmin tüfənglə özünə də xəsarət yetirib.

Hər iki yaralı ağır vəziyyətdə rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabirabad rayon prokuroroluğunda cinayət işi başlanılıb, araşdırma aparılır