Məktəbdə hicab qalmaqalı

19 Oktyabr 2012 04:59 (UTC+04:00)


Rusiyanın Stavropol vilayətindəki məktəbdə hicabla bağlı qalmaqal yaranıb. Belə ki, məktəblilərə hicabın adi baş örtüyü ilə əvəz edilməsi təklif olunub. Müsəlman şagirdlərə ancaq bu şərtlə məktəbə buraxılacaqları bildirilib.

"İnterfaks"ın məlumatına görə, şagirdlər əvvəlcə tələbi qəbul etsələr də, sonradan onlardan ancaq biri tələbə əməl edib. "Digərləri isə iki hicabdan da böyük olan baş örtüyü ilə məktəbə gəliblər. Bu, bizi ələ salmaqdır" deyə hadisənin baş verdiyi Kara-Tyub kəndindəki 12 saylı məktəbin direktoru deyib.

Məlumat üçün bildirək ki, prezident Vladimir Putin qalmaqala münasibət açıqlayıb. Prezident dini əqidələrə hörmət edilməsinin vacibliyini vurğulamaqla yanaşı, Rusiyanın dünyəvi dövlət olduğuna da diqqəti çəkib.

Prezident həmçinin belə problemlərin qarşısını almaq üçün vahid məktəbli formasını hazırlamağı təklif edib.

Elnarə Əlosmanqızı
AzNews.az