Maradona FİFA prezidentliyinə namizəd oldu - Rəsmi

29 İyul 2015 15:48 (UTC+04:00)

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Argentina yığmasının keçmiş hücumçusu Dieqo Maradona FİFA prezidenti postuna seçkilərdə iştirak edəcəyini təsdiqləyib.

"Mən FİFA-ya mənə iş verən BƏƏ-yə görə qayıdacağam. Ən əsası isə mənə görə bu qədər çox çətinliklər yaşayan ailəmin xətrinə qayıdacağam. Mən intiqam fikri ilə deyil, futbolda dəyişikliklər etmək ideyası ilə qayıdacağam. Korrupsiya, oğurluq artıq kifayətdir!",- deyə Maradona bildirib.

Xatırladaq ki, FİFA tarixində ən böyük qalmaqal mayın 27-də Sürixdə şirkətin yeddi nəfər yüksək rütbəli məmurunun rüşvətə görə tutulması zamanı baş verib. Baş verən hadisələrin fonunda Blatter növbəti dəfə prezident seçilməsinə baxmayaraq, istefa verib.

FİFA prezidentliyinə yeni seçkilər 2016-cı il fevralın 26-da keçiriləcək.