128 türk avtobusu İraq sərhədində qaldı

19 Oktyabr 2012 05:19 (UTC+04:00)
Türkiyə ilə İraq sərhədində gərginlik yaranıb. AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə vətəndaşlarını daşıyan 128 avtobus İraq sərhədində saxlanılıb.

Onların ölkəyə daxil olmasına icazə verilmir. Verilən məlumata görə, avtobusda olan sərnişinlərin hamısı həcc ziyarətinə yollanan zəvvarlardır. İraq hökuməti isə məsələyə aydınlıq gətirmir, sadəcə onların vizasız olduğunu və lazımi buraxılış proseduralarını keçməli olduğunu bildirir.

Sadiq Musa
AzNews.az