“Qarabağ” uduzdu – 0:1 (Yenilənib+Foto)

30 İyul 2015 01:28 (UTC+04:00)

Səfərdə "Seltik"in qonağı olacaq həmyerlilərimiz artıq Qlazqodakı "Seltik Park" arenadırlar.

"Qarabağ"ın start heyəti:

İbrahim Şehiç, Qara Qarayev. Rəşad Sadıqov, Ansi Aqolli, Bədavi Hüseynov, Reynaldo, Dani Kintana, İlqar Qurbanov, Riçard Almeyda, El Jadeyaoui, Cavid Tağıyev;

Ehtiyat oyunçular: Fərhad Vəliyev, Azər Salahlı, Elvin Yunuszadə, Vüqar Mustafayev, Elvin Məmmədov, Coşqun Diniyev, Raydel Pupon;

Baş məşqçi: Qurban Qurbanov;

Hakimlər: Robert Şhörgenhofer, Matthias Vinsaue, Riçard Huebler.

***

Oyun başladı

5. Rəqib komanda pressinq tətbiq etmək istəyir.
7. "Qarabağ" oyunu bərabərləşdirdi.
10. Oyunda ilk küncdən zərbəni "Qarabağ" yerinə yetirir.
15. Bu dəqiqələrdə rəqib yenidən ərazi üstünlüyünü ələ keçirməyə çalışır.
21. Oyunda ilk oyundan kənar vəziyyət qeydə alınır. "Seltik"i futbolçusu "ofsayd"a düşür.
24. Rəqib iki təhlükəli həmlə etsə də, nəticəsiz qalır.
29. Almeydanın zərbəsi qapıdan azacıq aralı keçdi.
32. "Seltik" ilk küncdən zərbəsini yerinə yetirdi, Şehiç çıxışda səhvsiz oynayır.
33. Reynaldo son anda İlqarın ötürməsinə çatmadı.
35. Maçtda ilk sarı vərəqə: rəqib komandanın futbolçusu İzagirre sarı vərəqə ilə cəzalandırıldı.
41. "Qarabağ" əla əks hücum təşkil etsə də, Alharbi son ötürməni dəqiq verə bilmədi.
44. "Seltik"in heyətində Van Dijik sarı vərəqə ilə cəzalandı.
44. Almeydanın cərimə zərbəsini qapıçı uzaqlaşdıra bildi.
45. İlk hissəyə 2 dəqiqə əlavə olundu.


İlk hissə başa çatdı.

İKİNCİ HİSSƏ BAŞLADI

Ansi Aqolli sarı vərəqə ilə cəzalandırıldı.

***

73-cü dəqiqədə komandamızın heyətində ilk əvəzləmə baş tutdu. Cavid Tağıyevin əvəzinə meydana Elvin Məmmədov daxil oldu.

***

Oyunda ilk qolu "Seltik" (82-ci dəqiqə, Boyata) komandası vurur. Hesab 0:1 rəqib komandanın xeyrinədir.

***

Hakim əsas vaxta 4 dəqiqə əlavə edir.

***

"Qarabağ" "Seltik"ə 0:1 hesabı ilə uduzdu. Komandalar arasında cavab oyunu avqustun 5-də, Bakıda keçiriləcək.