Metronun “Avtovağzal” stansiyası niyə istismara verilmir? – Rəsmi
30 İyul 2015 15:30 (UTC+04:00)
Bu barədə AzNews.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, sözügedən ərazidə hazırda tikinti işləri gedir:
"Hazırda daha çox avadanlıq və quraşdırma işləri aparılır. Tikinti işləri demək olar ki, başa çatıb".
N.Paşayev Avtovağzal Kompleksi ərazisində aparılan tikintinin bu qədər geçikməsinin səbəbini belə izah edib:
"Böyük layihələrdə hər zaman gecikmə ehtimalı var".
Bahar RÜSTƏMLİ
AzNews.az