ANS ÇM-in səsi istefa verdi

19 Oktyabr 2012 05:43 (UTC+04:00)


ANS Müstəqil Yayım və Media Şirkətindən daha bir istefa xəbəri yayıldı. Şirkətə daxil olan ANS ÇM radiosunun baş redaktoru Mətanət Əliverdiyeva radiodakı işindən istefa verib.

Bu barədə "Qafqazinfo"ya xəbər verən M. Əliverdiyeva deyib ki, o artıq 106.3 radiosunda çalışmağa başlayıb. O, rəhbərliyin işçilərə qarşı münasibətindən narazı olduğunu bildirib: "Bu istefa rəhbərliyin 18 ildir bu teleşirkətdə işləyən işçiyə verilən "qiymətə" görə oldu".

Qeyd edək Ki, teleşirkətdə əməkdaşların maaşlarının azaldıldığı bildirilir.

AzNews.az