Təyyarə məcburi eniş etdi - 360 nəfər təxliyə edildi

30 İyul 2015 20:59 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə Frederik Şopen adına Beynəlxalq Hava Limanının mətbuat xidmətinin rəhbəri Pşemıslav Pşıbılski məlumat verib.

"Aeroport əməkdaşları 360 nəfəri təxliyə edib. Bütün sərnişinlər artıq hava limanının binasındadır. Hazırda təyyarədə yoxlamalar aparılır", - P.Pşıbılski deyib.

Qeyd edək ki, İstanbul-San-Fransisko reysini həyata keçirən Türkiyəyə məxsus təyyarə Polşa paytaxtına məcburi eniş edib. Yerli KİV-lər buna səbəb kimi təyyarədə şübhəli əşyanın olması haqqında məlumatın yayılmasını qeyd ediblər.