Konsul tualetdə ölü tapıldı
19 Oktyabr 2012 05:54 (UTC+04:00)
Malta Respublikasının Türkiyənin İzmit şəhərindəki fəxri konsulu Mehmet Oğuz Teoman ayaqyolunda ölü tapılıb. Fəxri konsul getdiyi bir restoranda yoldaşları ilə bərabər yemək yeyib, daha sonra ayaqyoluna gedib. Temizlik işçiləri onu saat 02.30-da bayğın halda tapıblar.
Təcili yardım çağırıldıqdan sonra həkimlər Mehmet Oğuzun öldüyünü müəyyən ediblər. Fəxri konsulun yaxınları onun urək çatışmazlığından öldüyünü istisna etmir.
Elnarə Əlosmanqızı
AzNews.az