“BP-Azerbaijan”ın rəhbərliyində dəyişiklik

31 İyul 2015 13:23 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu barədə Trend-ə şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı məlumat verib.

O bildirib ki, yeni vitse-prezident vəzifəsinin icrasına avqustun sonunda başlayacaq.

Qeyd edək ki, B.Aslanbəyli bu postda xarici ölkə vətəndaşını əvəz edəcək.

B.Aslanbəyli Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Əlaqələr fakültəsini bitirib. 1998-2002-ci illərdə "PWC" şirkətində çalışıb. 2002-ci ildən "BP-Azerbaijan" şirkətində işə başlayıb. 2012-ci ildən Vergi və Gömrük məsələləri üzrə Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional direktor vəzifəsində fəaliyyət göstərib.