AFFA-dan fövqəladə iclas - Yeni futbol klubu

31 İyul 2015 19:45 (UTC+04:00)

AzNews.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

Peşəkar Futbol Liqasının müraciətinə əsasən "Rəvan" FK-nın 2015-2016-cı il mövsümü üçün Premyer Liqa yarışlarında iştirakı ilə bağlı müraciəti qəbul olunsun;

2016-2017-cı il mövsümü üçün lisenziyalaşdırma üzrə qaydalar təsdiq edilsin;

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının "Kəpəz Peşəkar Futbol Klubu" İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə təsisçi qismində iştirakı təmin olunsun;

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının "Turan Tovuz Peşəkar Futbol Klubu" İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə təsisçi qismində iştirakı təmin olunsun;

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının "Zaqatala Peşəkar Futbol Klubu" İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə təsisçi qismində iştirakı təmin olunsun;