Daha bir prokuror istefaya getdi

19 Oktyabr 2012 06:34 (UTC+04:00)


Azərbaycanda daha bir rayon prokuroru işdən çıxarılıb. APA-nın məlumatına görə, Baş Prokurorluq üzrə müvafiq əmrlə Neftçala rayon prokuroru Zülfəli Hacıyev yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Neftçala rayon Prokurorluğundan bildirilib ki, Z. Hacıyevin vəzifəsini müvəqqəti olaraq prokuror köməkçisi Anar Mirkişiyev icra edir.
Qeyd edək ki, bu il respublika üzrə 20-dək rayon prokurorunun səlahiyyət müddəti başa çatır. Bununla əlaqədar Sabirabad, Şamaxı, Oğuz, Balakən, Ağcabədi, Lerik, Saatlı, Ordubad, Culfa rayon prokurorları səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar tutduqları vəzifədən azad ediliblər.

Bundan başqa Ağdaş rayon prokuroru Mirələkbər Seyidov Baş Prokurorluq üzrə müvafiq əmrlərin tələblərinin kobud pozulması hallarına yol verdiyinə görə tutduğu vəzifədən kənarlaşdırılıb.


AzNews.az