Bakı məktəbində partlayış təhlükəsi

19 Oktyabr 2012 06:50 (UTC+04:00)
Bakıda orta məktəbdə partlayış təhlükəsi yaşanıb. Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Çobanzadə küçəsi-45 ünvanında yerləşən 109 saylı orta məktəbdə qeydə alınıb.

Şagirdlərin ehtiyatsızlığı nəticəsində qaz balonu açılıb və balondakı qaz məktəb binasına dolub. Baş verə biləcək partlayış təhlükəsi nəzərə alınaraq əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb edilib.

Əraziyə cəlb edilən xilasedicilər məktəbdəki şagirdləri evakuasiya ediblər. Hazırda hadisə yerində araşdırma aparılır.


AzNews.az