Hülya Avşara qadağalar qoyuldu - Səbəb

3 Avqust 2015 10:56 (UTC+04:00)

AzNews.az axşam.az-a istinadən xəbər verir ki, seriyabaşına 60 min lirə (təxminən 22 min manat) qonorar alacaq Hülyaya ekran işinin prodüseri Timur Savcı tərəfindən bəzi qadağalar qoyulub.

Belə ki, H.Avşar serialda çəkildiyi bir il müddətində maqazin dünyasından uzaq duracaq. Bundan başqa, o, prodüser-aparıcı Acun İlıcalının yarışmalarında münsif kimi yer almayacaq. "TV8"dəki proqramının yayımını isə dayandıracaq. 2012-2016-cı illərdə heç bir reklama çəkilməyəcək.

Qeyd edək ki, Timur Savcı "Möhtəşəm yüz il" serialının da prodüseri olub.