Suriya təyyarəsi Türkiyədə qəzaya uğradı: 35 ölü, 120 yaralı - Son dəqiqə
3 Avqust 2015 14:48 (UTC+04:00)
AzNews.az xəbər verir ki, Ariha mülki müdafiə nümayəndəsinin verdiyi məlumata görə, təyyarə bazar olan əraziyə düşüb. Hadisə nəticəsində 35 nəfər ölüb, 120 nəfər isə yaralanıb.
Məlumata görə, təyyarənin düşdüyü yerdə 6 bina yerlə yeksan olub. Hazırda hadisə yerinə çoxlu sayda xilasetmə qüvvələrinin gəldiyi deyilir. Xilasedicilər dağıntılar altında qalanları xilas etməyə çalışırlar.
İlkin məlumata görə, hadisənin başvermə səbəbi məlum deyil.
Gülər
AzNews.az