Sumqayıtda ağır qəza - 1 ölü, 3 yaralı (Fotolar)
4 Avqust 2015 00:07 (UTC+04:00)
AzNews.az xeberle.com-a istinadən xəbər verir ki, VAZ 21015 markalı, 90 BX 071 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Zərbənin gücündən avtomobil deformasiyaya uğrayıb. Qəza nəticəsində sərnişinlərdən Ələkbərov Vəfadar Abuzər oğlu yerindəcə dünyasını dəyişib, 3 nəfər isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hadisənin baş vermə səbəbləri ilə bağlı aradırma aparılır.