Hindistanda bina uçdu: 11 ölü, 7 yaralı
4 Avqust 2015 11:14 (UTC+04:00)
AzNews.az İndiaToday-ə istinadən xəbər verir ki, qəza nəticəsində ən az 11 nəfər ölüb, 7 nəfər isə yaralanıb.
Əldə olunan məlumata görə, ölənlərdən 4 nəfər bir ailənin üzvləridir. Bir nəfər isə itkin hesab olunur
Qeyd edək ki, qəza gecə saatlarında baş verdiyindən sakinlərin əksəriyyəti yatan olub. Qəzanın səbəbləri bəlli deyil.
50 il əvvəl tikilən binanın potensial təhlükəli binalar kateqoriyasında olduğu bildirilir.
Aydan Axundova