Evə mərmi düşdü - Bir ailənin 5 üzvü həlak oldu
4 Avqust 2015 20:39 (UTC+04:00)
AzNews.az-ın Report-a istinadən verdiyi məlumata görə, bu barədə "Masri əl-Yaum" nəşrinin portalı məlumat yayıb.
Ölənlər bi ailənin üzvüdür, onlardan üçü uşaqdır. Yerli KİV-lərin məlumatına görə, hadisə Şimali Sinayda fəaliyyət göstərən "Ənsar Beyt əl-Maqdis" radikal qruplaşması tərəfindən həyata keçirilib.
İsrail və Qəzza sektoru ilə sərhəd olan Şimali Sinayda vəziyyət iyulun 1-də kəskin şəkildə gərgünləşib. Həmin gün radikallar Misir ordusunun mövqelərini atəşə tutublar. Rəsmi məlumata görə, 18 hərbçi həlak olub.