Xəzərdə növbəti 18 yaşlı gənc batdı

4 Avqust 2015 23:14 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Quba rayonunun Ərməki kənd sakini 18 yaşlı Elvin Kərimov dənizdə batıb. Hadisə Xəzər dənizinin Xaçmaz rayonu, Niyazabad kəndində olan sahilində qeydə alınıb.

Batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

18 yaşlı gəncin qadağan olunan ərazidə çimdiyi bildirilir.


Faktla bağlı araşdırmalar aparılır.