Macarıstandan daha bir Ramil Səfərov bəyanatı

19 Oktyabr 2012 08:20 (UTC+04:00)
Macarıstanın baş nazirinin ofisi azərbaycanlı zabit Ramil Səfərovun ekstradasiyası ilə bağlı daha bir açıqlama yayıb. Bu dəfəki açıqlama Budapeşt Mərkəzi Avropa Universitetində təhsil alan erməni tələbələrin sorğusuna cavab olaraq verilib.

Macarıstanın xarici əlaqələr və maliyyə məsələləri üzrə dövlət katibi erməni tələbələrə cavab məktubunda Ramil Səfərovun ekstradasiyasında maliyyə amilinin olması ilə bağlı iddiaları yalanlayıb: "Ramil Səfərovun ekstradasiyasının maliyyə məsələsi ilə heç bir bağlılığı yoxdur".

Elnarə Əlosmanqızı
Aznews.az