Türkiyə 30 gündə 22 şəhid verdi - Terror hücumları
6 Avqust 2015 13:22 (UTC+04:00)
AzNews.az modern.az-a istinadən xəbər verir ki, bu dövrdə terrorçular 100-dən çox avtomobili yandırarkən, qarşıdurmalarda 11 terrorçu öldürülüb, 2 terrorçu yaralı ələ keçirilib.
Məlumatda qeyd edilir ki, Türkiyə Silahlı Qüvvələri (TSK) tərəfindən terror təşkilatı PKK-ya istiqamətli xaricdə və ölkə daxilində təyin olunan hədəflərə hava əməliyyatları edilib.
Bölgədə avqustun 1-nə qədər reallaşdırılan əməliyyatlarda, aralarında PKK-nın üst səviyyəli idarəçilərinin də olduğu 260-dan çox terrorçunun məhv edildiyi, 400-dən çox terrorçunun da yaralandığı açıqlanıb.