Jurnalistlər arasında daha bir müsabiqə

19 Oktyabr 2012 08:33 (UTC+04:00)


Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK), Bakı Fond Birjası (BFB), Milli Depozit Mərkəzinin (MDM) təşkilatçılığı və Paşa Bankın dəstəyi ilə jurnalistlər arasında ən yaxşı məqalə və ya tele-radio süjeti müsabiqəsi elan edir.

Komitənin ictimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, müsabiqənin məqsədi "2011-2020-ci illərdə Azərbaycan Respublikasında Qiymətli Kağızlar Bazarının inkişafı" Dövlət Proqramında nəzərdə tutulmuş qiymətli kağızlar bazarı haqqında məlumatlığın və peşəkar hazırlığın yüksəldilməsidir.

Həmçinin iqtisadi sahədə ixtisaslaşmış jurnalistlər arasında bu sahəyə marağın artırılması əsas olacaq.

İlkin Pirəli
AzNews.az