İlham Əliyev Kot-d’İvuar Prezidentini təbrik etdi

6 Avqust 2015 18:32 (UTC+04:00)

AzNews.az xəbər verir ki, təbrikdə deyilir: "Kot-d’İvuar Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram".