Ermənistanın növbəti iki pilotsuz aparatı məhv edildi

6 Avqust 2015 19:46 (UTC+04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, "Krunk-25" pilotsuz uçuş aparatı taktiki dərinlikdə hava kəşfiyyatı tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub. Aparat proqramlaşdırılmış avtopilotla, video və fotokameralı avadanlıqla təchiz olunub. PUA yerdən operator tərəfindən idarə olunur.

Uçuş aparatının maksimal uçuş hündürlüyü 5400 metr, qalxma çəkisi 60 kq, uzunluğu 3.8 metr, qanadların açılma uzunluğu 5 metr, havada qalma vaxtı 5 saat, uçuş surəti isə 150 km/saatdır.