Qız qalası muzey olacaq

19 Oktyabr 2012 09:12 (UTC+04:00)
"Qız Qalasının konservasiyası 2013-cü ilin sentyabr ayına kimi yekunlaşacaq". Bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov AzNews.az-a açıqlamasında deyib.

M.Cabbarovun sözlərinə görə , 2013-cü ilin sonuna kimi Qız qalası tarixi abidə kimi deyil, həm də muzey kimi fəaliyyətə başlayacaq: "Hazırda qoruq idarəsi müxtəlif lahiyyələr həyata keçirir. Qız Qalası ilə yanaşı həm də Şirvanşahlar sarayı üçün konsepsiya işlənilir. Gələn ildən yeni işlərin tətbiqinə başlanacaq".

Bahar Rüstəmli
AzNews.az