Sel Bakını yuyur - FOTO - YENİLƏNİB

19 Oktyabr 2012 10:42 (UTC+04:00)
28 May metrosunun yaxınlığından, Rəşid Behbudov küçəsindən, Nəsimi bazarının ətrafındakı küçələrdən sel axır. Teymur Əliyev küçəsi ilə "Azadlıq" prospektinin kəsişməsi, Xan Şuşinski, Möhsüm Sənani və İnqilab küçələri bütünlüklə su altında qalıb.

***

14:37

Günorta saatlarından başlayan güclü leysan yağışı paytaxt Bakıda həyatı dayandırıb. Leysan şəhərin əsasən "20 Yanvar" metrosu, Yasamal, Nəsimi rayon ərazisində nəqliyyatın hərəkətində problemlər yaradıb, uzun tıxaclar yaranıb.

Məktəblərdə dərslər birinci növbədə günorta saatlarında başa çatdığından çox sayda şagird evə getməkdə problemlərlə qarşılaşıb.

Kanalizasiya xətlərinin normal işləməməsi suyun küçələrdə yığılmasına səbəb olub. Bakı metrosundan istifadə edənlərin sayı artıb.

Qeyd edək ki, paytaxtın mərkəzi ərazilərində yağış yağmayıb.

Elnarə Əlosmanqızı
AzNews.az